Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva

© APA | Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva

# 17 may 2024 17:31 (UTC +04:00)

Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib. Strateji investisiya təşviq sənədi verilən sahələrə biz baxsaq bunlar bərpa olunan enerji istehsalının həyata keçirilməsi, tullantıların idarə edilməsi, dəniz suyunun duzsuzlaşdırılması və dövlət-özəl tərəfdaşlıq çərçivəsində elektrik enerjisi istehsalının həyata keçirilməsi strateji investisiya layihəsi hesab edilir.

"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva "Ambisiyanın artırılması, fəaliyyətə təkan: COP29 Davamlı biznes forumu" adlı konfransda deyib.

O bildirib ki, strateji investisiya üzrə sertifikat əldə edən sahibkar mənfəət vergisində 50% güzəşt əldə edir, eyni zamanda torpaq və əmlak vergilərindən tam azad edilir. Bu sahədə sertifikat əldə edən biznes subyektləri idxal edilən texnoloji infrasutrulturla əlaqədar ƏDV və gömrük rüsumları güzəştlərini əldə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR