Son 2 ildə Bakı-Sumqayıt qatarlarında ödənişlərin 30%-i bank kartları ilə aparılıb

Son 2 ildə Bakı-Sumqayıt qatarlarında ödənişlərin 30%-i bank kartları ilə aparılıb
# 30 noyabr 2023 16:05 (UTC +04:00)

Son 2 il ərzində Abşeron dairəvi dəmiryolu üzrə ödənişlərin 30%-i bank kartları vasitəsilə həyata keçirilib.

APA-Economics” xəbər verir ki, bunu “InMerge Innovation Summit”in panel müzakirələrində Visa-nın Mərkəzi Asiya və Azərbaycan üzrə regional direktoru Kristina Doros deyib.

O bildirib ki, bu, çox böyük göstəricidir. "Bəlkə də, “Chat GPT” bu qədər sürətli olub. Bu onu göstərir ki, Azərbaycan regionda ən sürətlə inkişaf edən bazarlardan biridir”- K. Doros əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR