The Economist: Qaz ixracı artdıqca Azərbaycanın cari əməliyyatlar hesabı profisitdə qalacaq

The Economist: Qaz ixracı artdıqca Azərbaycanın cari əməliyyatlar hesabı profisitdə qalacaq
# 17 sentyabr 2024 12:50 (UTC +04:00)

"Azərbaycanın ixracının 90%-dən çoxunu neft və qaz təşkil edir, ikisi arasında balans qaza doğru dəyişəcək".

"APA-Economics" xəbər verir ki, bu barədə "The Economist Group"un araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit"in (EIU) ölkə ilə bağlı proqnozunda bildirilib.

Qeyd edilib ki, 2024-28-ci illərdə neftin qiymətinin 15%-dən çox azalması gözləntilərinə baxmayaraq, qaz ixracı artdıqca ölkənin cari əməliyyatlar hesabı profisitdə qalacaq.

EIU əlavə edib ki, Azərbaycan Türkiyəyə qaz tədarükünü 25% artırıb: "Türkiyə bu baxımdan İtaliyanı keçərək Azərbaycanın ən böyük ixrac bazarına çevrilib. Təbii qaz ixracı üzrə Avropanın enerji şaxələndirilməsi səyləri Azərbaycana böyük fayda verəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR