Xarici vətəndaşların Azərbaycanda bank kartları ilə ödəmələri 7%-ə yaxın azalıb

Xarici vətəndaşların Azərbaycanda bank kartları ilə ödəmələri 7%-ə yaxın azalıb
# 29 sentyabr 2023 13:37 (UTC +04:00)

2023-cü ilin yanvar-avqust aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsilə 1.4 milyard manatlıq əməliyyat aparıblar.

Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir. Məlumata görə, bu da illik müqayisədə 6.7% azdır.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 1.5 milyard manat təşkil edib.

Təkcə bu ilin avqust ayında isə əcnəbilərin bank kartları vasitəsilə əməliyyatları 6.4% azalaraq (ötən ilin avqust ayına nisbətən) 200.9 manata enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR