“A-Qroup Sığorta” ASC ötən il aktivlərini azaldıb.
“APA-Economics” şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, “A-Qroup Sığorta”nın məcmu aktivləri 2016-cı illə müqayisədə 0,65% azalaraq 22 mln. 982,840 min manat olub.
Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 819,868 min manat, qısamüddətli aktivləri 22 mln. 162,971 min manat təşkil edib.
Hesabat dövründə şirkətin öhdəlikləri 6,23% azalaraq 10 mln. 605,042 min manat olub. 2017-ci ildə şirkətin uzunmüddətli öhdəlikləri 10 mln. 588,206 min manat, qısamüddətli öhdəlikləri isə 16,837 min manat təşkil edib.
Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı 25% artaraq 10 mln. 5,250 min manat təşkil edib.
2017-ci ildə “A-Qroup Sığorta”nın cəmi gəlirləri 13 mln. 842 min 665,81 manat, cəmi xərcləri 12 mln. 70 min 844,51 manat olub.
Şirkət ötən ili 1 mln. 417 min 457,04 manat mənfəətlə başa vurub.