Bakı. Musa Əhmədov – APA-Economics. “AtaBank”ın aktivlərinin həcmi 2016-cı ilin II rübündə 486,749 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 22,71% azdır.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 21,96% azalaraq 420,150 mln. manat olub. Bu ilin iyulun 1-nə bankın istehlak kreditlərinin həcmi 81,302 mln. manata bərabər olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 26,14% azalaraq 403,054 mln. manata düşüb, əhalinin əmanətlərinin həcmi isə 219,591 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 5,45% artım deməkdir.
Bir il ərzində bankın məcmu kapitalı 12,48% azalaraq 64,639 mln. manata düşüb, nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat təşkil edib.
Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 24,02% artaraq 32,473 mln. manat, xərcləri isə 25,39% azalaraq 21,923 mln. manata çatıb.
Cari ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 10 mln. 550,2 min manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 22 filialı, 4 şöbəsi, 81 bankomatı, 18 974 POS-terminalı fəaliyyət göstərir.