Bank Of Baku

“Azərbaycan Sənaye Bankı” məcmu kapitalını artırıb

“Azərbaycan Sənaye Bankı” məcmu kapitalını artırıb
# 19 aprel 2018 16:10 (UTC +04:00)

Bu ilin I rübündə "Azərbaycan Sənaye Bankı" ASC-nin aktivləri 2017-ci  ilin sonuncu rübü ilə müqayisədə 4,25% azalaraq 904,996 mln. manata çatıb.

 

"APA-Economics" xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 9,4% azalaraq 270,725 mln. manat olub.

 

Yanvar-mart ayları ərzində bankın cəmi öhdəlikləri 4,86% azalaraq 813,283 mln. manat olub.

 

Bankın depozit portfeli 6,74% azalaraq 586,287 mln. manat təşkil edib.

 

Bankın nizamnamə kapitalı dəyişməz olaraq 60 mln. manat səviyyəsində qaldığı halda, məcmu kapitalı 1,83% artaraq 85,515 mln. manat olub.

 

"Azərbaycan Sənaye Bankı" I rübü 1 mln. 689,26 min manatlıq xalis mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR