“Azərbaycan Sənaye Sığorta” ASC ötən il aktivlərini azaldıb.
“APA-Economics” xəbər verir ki, “Azərbaycan Sənaye Sığorta”nın məcmu aktivləri 2016-ci illə müqayisədə 2,8% azalaraq 22 mln. 287,836 min manat olub.
Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 653,663 min manat, qısamüddətli aktivləri 21 mln. 634,173 min manat təşkil edib.
Hesabat dövründə şirkətin öhdəlikləri 11,88% azalaraq 5 mln. 593,925 min manat olub. 2017-ci ilin sonuna şirkətin uzunmüddətli öhdəlikləri 4 mln. 673,533 min manat, qısamüddətli öhdəlikləri isə 920,392 min manat təşkil edib.
Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 11 mln. manat, cəmi kapitalı isə 0,68% artaraq 16 mln. 693,911 manat təşkil edib.
2017-ci ildə “Azərbaycan Sənaye Sığorta”nın cəmi gəlirləri 10 mln. 177 min 48,40 manat, cəmi xərcləri 10 mln. 35 min 556,91 manat olub.
Şirkət ötən ili 141 min 491,49 manat xalis mənfəətlə başa vurub.