Bank Of Baku

“AzSığorta”nın İdarə Heyəti sədrinin müavini vəzifəsinə yeni təyinat olunub

“AzSığorta”nın İdarə Heyəti sədrinin müavini vəzifəsinə yeni təyinat olunub
# 18 aprel 2018 09:20 (UTC +04:00)

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AzSığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə Yusif Soltanov təyin olunub.

 

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, Yusif Soltanov sığorta sahəsində, eyni zamanda rəhbər vəzifələrdə geniş təcrübəyə malikdir. Müxtəlif dövrlərdə “AzSığorta” ASC-də Satış Departamentinin direktoru, Əmlak Sığortası Departamentinin direktoru, Strateji Əlaqələr Blokunun rəhbəri, Satış rəhbəri vəzifələrində çalışıb. Y. Soltanov Azərbaycan Dövlət İqtisad Universitetini və Belarus Respublikası Mülki Müdafiə Universitetini  bitirib. 

 

Şirkətin yenilənmiş İdarə Heyətində üzvləri hazırda aşağıdakı kimidir:

Anar Talıbov -  İdarə Heyətinin Sədri

Zöhrab Şirinov - İdarə Heyəti Sədrinin müavini

Yusif Soltanov - İdarə Heyəti Sədrinin müavini

 

Qeyd edək ki, ölkənin öndə gedən sığorta şirkətlərindən olan “AzSığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir. “Fitch” beynəlxalq reytinq agentliyi şirkətin etibarlılığını və maliyyə dayanıqlılığı üzrə kredit reytinqini "B" səviyyəsində təsdiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR