Bank Of Baku

“Bank BTB” Sərhəd Qoşunları və Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşları üçün “Nağd pul” kampaniyasına başlayıb

“Bank BTB” Sərhəd Qoşunları və Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşları  üçün  “Nağd pul” kampaniyasına başlayıb
# 15 avqust 2016 11:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Bank BTB” 15.08.2016-15.09.2016 tarixlərində Sərhəd Qoşunları və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşları və təqaüdçüləri üçün peşə bayramları münasibəti ilə güzəştli “Nağd pul” kredit kampaniyası elan edir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kampaniya müddətində “Nağd pul” istehlak krediti məhsulu çərçivəsində zaminsiz 3000 manat ekvivalentinədək kreditlər, 0 faiz komissiya ilə 3 il müddətədək verilir. Kreditin maksimal məbləği 5000 manatdır.  Güzəştli və zaminsiz “Nağd pul” kreditini bank BTB-nın baş ofisindən və bütün filiallarında almaq olar. 

 

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az  və ya bankın www.facebook.com/bankbtb  ünvanında olan “Facebook” səhifəsindən ətraflı məlumat almaq mümkündür.

.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR