“Bank Melli İran Baku”nun aktivlərinin həcmi 2018-ci ilin I rübündə 110,544 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 34,6% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 47,2% azalaraq 3,179 mln. manat olub.
Hesabat dövründə bankın depozit portfeli 70,8% artaraq 3,937 mln. manat, cəmi öhdəliklərinin həcmi isə 88,44% artaraq 39,839 mln. manat təşkil edib.
Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 73,611 mln. manat təşkil edib.