Bank Of Baku

“DəmirBank”ın kreditorlarının tələblərinin qeydiyyat müddəti başa çatıb

“DəmirBank”ın kreditorlarının tələblərinin qeydiyyat müddəti başa çatıb
# 05 aprel 2018 07:11 (UTC +04:00)

Ləğv etmə prosesində olan “DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyat müddəti bu gün başa çatıb.

 

Bu barədə "APA-Economics"ə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2018-ci il tarixli qərarına əsasən, ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyatı əlavə 30 təqvim günü müddətinə uzadılmışdı.

 

Kreditorlar 6 mart tarixindən 30 (otuz) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fonduna, Bakı şəhəri, Qarabağ küçəsi, 31, ləğv prosesində olan “DəmirBank” ASC-nin “Əməliyyat idarəsi” filialına müraciət etməli idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR