Bank Of Baku

“İcraçı Kredit Agentliyi”nin müflis elan edilməsi ilə bağlı məhkəməyə müraciət edilib

“İcraçı Kredit Agentliyi”nin müflis elan edilməsi ilə bağlı məhkəməyə müraciət edilib
# 26 avqust 2016 08:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti “İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatının müflis elan edilməsi və  əmlak inzibatçısı təyin edilməsi tələbi  ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

 

Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, məhkəmə baxışı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 8 ünvanında yerləşən inzibati binasında sentyabrın 7-də saat 10:30-da keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR