InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi keçən həftə ərzində 1.2215$-a kimi ucuzlaşdıqdan sonra cümə günü 1.2290$-a kimi bahalaşıb və 1.2335$-a kimi də bahalaşaraq, bu səviyyənin üzərində möhkəmlənərsə, 1.2476$-a kimi də bahalaşa bilər. Eyni zamanda, çərşənbə günü Bakı vaxtı ilə saat 16:30-da yayımlanacaq ABŞ-dan inflyasiya ilə bağlı statistik məlumatlar da investorların diqqət mərkəzindədir.
Qeyd etmək lazımdır ki, Avrozona iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin zəifləməsi, avroya olan tələbin azalmasına da təsir edir.
GBP
GBP/USD məzənnəsi 1.39$-a kimi ucuzlaşsa da yenidən 1.41$-a kimi bahalaşıb. Təhlillərə əsasən qiymət 1.4137$-a kimi də bahalaşaraq, üzərində möhkəmlənərsə, artım dalğası 1.4243$-a kimi də sürətlənə bilər. Maliyyə bazarlarında İngiltərə Mərkəzi Bankının növbəti dəfə faiz artımına gedə biləcəyi gözləntiləri də güclü olaraq qalır.
TRY
Türkiyə bazarlarında da dollar 4.0660TL-ə kimi bahalaşdıqdan sonra 4.0396TL-a kimi ucuzlaşıb. Beləliklə, USD/TRY məzənnəsi 4.0349TL-ə kimi də ucuzlaşaraq, bu səviyyənin altında qalarsa, 4.0157TL-ə kimi də ucuzlaşa bilər.
OIL
Enerji bazarlarında isə neft qiymətləri keçən həftə 67$-a kimi ucuzlaşıb. Son günlər burada qiymətlərə daha çox dünya birjalarında dolların qiymətində müşahidə edilən dalğalanmalar təsir edir. Lakin Avropanın Brent neftinin bir barel qiymətinin yenidən 71$ və 73$-a kimi də dəyər qazana biləcəyi proqnozları aktuallığını qorumaqdadır.
GOLD
Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1330$-ın (42.7 $/qram) üzərində dalğalanmaqdadır və 1335$-ı (42.8 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1348$-a (43.2 $/qram) kimi də dəyər qazana bilər. Dünya birjalarında Avrozona və İngiltərə iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənliyin mövcudluğu, bu həftə diqqətləri dollar və qızıl qiymətlərinə yönəldə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_____________________________________________________________________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.