Bakı. Musa Əhmədov - APA-Economics. “Kapital Bank” ASC-nin maliyyə institutları departamentinə yeni direktor təyin edilib.
“APA-Economics”in məlumatına görə, bu vəzifəyə Vüqar Sadiq təyin edilib.
O, bu ilin iyun ayından etibarən yeni vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, V.Sadiq buna qədər “Azercell Telekom”, “Paşa Bank” ASC-də çalışıb.