Bank Of Baku

“Muğanbank” II rübü 124 min manat mənfəətlə başa vurub

“Muğanbank” II rübü 124 min manat mənfəətlə başa vurub
# 19 avqust 2016 15:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2016-cı il iyulun 1-nə “Muğanbank” ASC aktivlərinin həcmi 512,779 mln. manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,01 % çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,95% artaraq 344,571 mln. manat olub. Bankın vaxtı keçmiş kreditlərinin ümumi kredit portfelində çəkisi 13,85%-ə yüksəlib.

 

Bir il ərzində bankın məcmu kapitalı 13,38% artaraq 59,446 mln. manat olub, nizamnamə kapitalı isə 21,4% artaraq 55 mln. manat təşkil edib.

 

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 24,06% artaraq 32,124 mln. manat, xərcləri isə 47,08% azalaraq 16,987 mln. manata enib.

 

Bank II rübü 124 min manat mənfəətlə başa vurub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR