Bank Of Baku

“NBC Bank” II rübü mənfəətlə başa vurub

“NBC Bank” II rübü mənfəətlə başa vurub
# 15 avqust 2016 13:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “NBC Bank”ın aktivlərinin həcmi 2016-cı ilin II rübündə 153,044 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,74% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 7,26% artaraq 131,854 mln. manat olub.

 

Bir il ərzində bankın istehlak kreditləri 26,4% azalaraq 45,750 mln. manata enib.

 

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 78,7% artaraq 13,404 mln. manat olub. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində çəkisi 10,17%-ə bərabərdir.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 16,65% artaraq 74,771 mln. manata çatıb. Hesabat dövründə əhalinin əmanətləri 68,288 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 0,32% artım deməkdir.

 

Bir il ərzində bankın məcmu kapitalı 7,53% artaraq 51,374 mln. manata çatdığı halda, nizamnamə kapitalı 24,63% artaraq 58 mln.  manat təşkil edib.

 

2015-ci ilin 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə bankın gəlirləri 2% artaraq 10,441 mln. manata çatıb, xərcləri isə 1,94 dəfə azalaraq 6,476 mln. manata enib. 

 

Cari ilin altı ayını “NBC Bank” 2, 838 mln. manatlıq mənfəətlə başa vurub.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR