Bank Of Baku

“Sberbank Investment Research”: Bu ilin II yarısında Azərbaycanda ÜDM-in artım tempi sürətlənəcək

“Sberbank Investment Research”: Bu ilin II yarısında Azərbaycanda ÜDM-in artım tempi sürətlənəcək
# 27 mart 2018 11:09 (UTC +04:00)

2018-ci ilin II yarısında Azərbaycanda ÜDM-in artım tempi sürətlənəcək.

 

APA-Economics” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə məlumat “Sberbank Investment Research”in “Bugünkü borc bazarları” icmalında öz əksini tapıb. “Sberbank Investment Research”in analitikləri hesab edir ki, ÜDM-in artım tempinin sürətlənməsi investisiya fəallığı hesabına baş verəcək.

 

“Sberbank Investment Research”in analitikləri hesab edir ki, 2018-ci ilin ikinci yarısında tikinti sahəsində inkişaf başlayacaq: "Xüsusilə infrastruktur layihələrinə dövlət xərclərinin artması hesabına (2018-ci ilin büdcəsinə uyğun olaraq 50%) baş verəcək. Bu ÜDM-in əlavə artımını dəstəkləməlidir, hansı ki, cari ildə 2 faizə çata bilər”, - deyə icmalda vurğulanıb.

 

Qeyd edək ki, Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-in artımını 1,5% səviyyəsində proqnozlaşdırır. 2017-ci ildə Azərbaycanda iqtisadi artım 0,1% təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR