“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən 2017-ci il üçün illik maliyyə-təsərrüfat fəaliyyətinin auditi xidmətinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.
“APA-Economics” xəbər verir ki, kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının bu ilin 30 mart tarixli qərarına əsasən, “Baker Tilly Audit Azərbaycan” MMC qalib elan edilib və həmin təşkilatlarla müvafiq satınalma müqaviləsi bağlanıb.