Bank Of Baku

“Turan Bank" I rübü zərərlə başa vurub

“Turan Bank" I rübü zərərlə başa vurub
# 17 aprel 2018 06:48 (UTC +04:00)

2018-ci il martın 1-nə "Turan Bank" ASC-nin aktivlərinin həcmi 495,054 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,13% azalma deməkdir.

 

APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-mart ayları ərzində bankın kredit portfeli 0,73% azalaraq 283,590 mln. manat olub.

 

Hesabat dövründə bankın depozit portfeli 8,35% azalaraq 224,753 mln. manat, cəmi öhdəliklərin həcmi isə 9,21% azalaraq 436,114 mln. manat olub.

 

Hesabat dövründə bankın cəmi gəlirləri 8 mln. 53 min manat, cəmi xərcləri isə, 8 mln. 123 min manat təşkil edib.

 

2018-ci ildə bankın nizamnamə kapitalı dəyişməyərək 55 mln. 3 min  manat təşkil edib.

 

Məcmu kapitalı isə 0,4% azalaraq 69,226 mln. manat təşkil edib.

 

Bank bu ilin ilk 3 ayını 216 min manatlıq zərərlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR