Bank Of Baku

“Ziraat Bank Azərbaycan”ın öhdəlikləri 73% artıb

“Ziraat Bank Azərbaycan”ın öhdəlikləri 73% artıb
# 12 aprel 2018 14:47 (UTC +04:00)

2018-ci ilin  I rübündə “Ziraat Bank Azərbaycan” ASC-nin aktivləri 222 mln. 557,47 min manata çatıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 47,3% çoxdur.

 

APA-Economics” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, hesabat dövründə bankın kredit portfelinin həcmi 44,83% artaraq 79 mln. 414,08 min manat təşkil edib.

 

Hesabat dövründə bankın cəmi öhdəlikləri 154 mln. 706,88 min manat təşkil edib ki, bu da illik müqayisədə 73,1% artım deməkdir.

 

Bankın depozit portfelinin həcmi isə 85,51% artaraq 89 mln. 133,20 min manat olub.

 

Hesabat dövründə bankın nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat təşkil edib. Əvəzində, məcmu kapitalı 10,3% artaraq 64 mln. 948,58 min manata çatıb.

 

Bu ilin ilk üç ayını bank 1 mln. 692,41 min manatlıq xalis mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR