Bank Of Baku

"AFB Bank" II rübü mənfəətlə başa vurub

"AFB Bank" II rübü mənfəətlə başa vurub
# 28 iyul 2016 08:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “AFB Bank” ASC-nin aktivlərinin həcmi 2016-cı ilin II rübündə 304,418 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,56% çoxdur.


Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 10,14% artaraq 197,422 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 21,42% artaraq 108,910 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 22,023 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 13,56% çoxdur.

Bankın öhdəliklərinin həcmi isə hesabat dövründə 222,923 mln. manat təşkil edib.

Bir il ərzində bankın məcmu kapitalı 3,25% artaraq 81,495 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 70 mln. 393,455 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 32% artaraq 7,481 mln. manat, xərcləri isə 15% azalaraq 2,987 mln. manat təşkil edib.

Cari ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 1 mln. 232 min 340,22 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR