Bank Of Baku

"AXA MBASK"ın öhdəlikləri azalıb

"AXA MBASK"ın öhdəlikləri azalıb
# 27 mart 2018 14:33 (UTC +04:00)

"AXA MBASK" Sığorta Şirkəti ASC-nin ötən il aktivləri azalıb. "APA-Economics" şirkətin yaydığı hesabata əsasən xəbər verir ki, "AXA MBASK"ın cəmi aktivləri 2016-cı illə müqayisədə 11,8% azalaraq 33 mln. 770,499 min manat olub.


Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 9 mln. 703,201 min manat, qısamüddətli aktivləri 24 mln. 067,297 min manat təşkil edib.

 

İl ərzində şirkətin cəmi öhdəlikləri 17,17% azalaraq 15 mln. 167,610 min manat olub. 2017-ci ildə şirkətin uzunmüddətli öhdəlikləri 14 mln. 596,856 min manat, qısamüddətli öhdəlikləri isə 570,754 min manat təşkil edib.

 

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı sabit qalaraq 19 mln. 733,738 mln. manat, cəmi kapitalı isə 6,89% azalaraq 18 mln. 602 min 888 manat təşkil edib.

 

2017-ci ildə "AXA MBASK”ın cəmi gəlirləri 27 mln. 339 min 256,79 manat, cəmi xərcləri 27 mln. 707 min 363,45 manat olub.


Şirkət ötən ili 368 min 106,66 manat zərərlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR