Bakı. Yeganə Laçınzadə - APA-Economics. "AzərTürk Bank" ASC-də kadr dəyişikliyi baş verib.
"APA-Economics" xəbər verir ki, İlham Quliyev bankın hüquq departamentinə yeni direktor təyin olunub. O, Mustafa Rəşidovu əvəz edib.
Qeyd edək ki, M. Rəşidov "Bank Standard" QSC-nin İdarə Heyətinin üzvü təyin olunub.