Bakı - APA-Economics. "Bank VTB (Azərbaycan)" ASC-nin rəhbərliyində dəyişiklik olub.
"APA-Economics"in əldə etdiyi məlumata görə, bankın İdarə Heyətinin üzvü Tural Vəliyev işədən çıxıb. Onun növbəti iş yeri hələlik məlum deyil.
Qeyd edək ki, T. Vəliyev ötən ilin sentyabrın 30-dan bu vəzifəni tutur.
Ümumiyyətlə, o adıçəkilən bankda 2009-cu ildən işləyir.