Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank”ın aktivlərinin həcmi 2016-cı ilin II rübündə 538,100 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 15,6% artaraq 389,962 mln. manat olub. O cümlədən, istehlak kreditlərinin həcmi 148,778 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin iyul ayının 1-ə olan göstəriciyə nisbətən 4,06% azdır.
Bankın ipoteka kreditlərinin həcmi 47,622 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 0,44% azdır və kreditlərin 41,805 mln. manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.
Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 21 mln. manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 61 bankomatı, 973 POS-terminalı fəaliyyət göstərir.