Ardıcıl olaraq 8-ci ildir ki, AXA sığorta brendi kimi +14% brend dəyərinin artımını nümayiş etdirərək dünya üzrə birinci yerə layiq görülür.
Interbrand Beynəlxalq reytinq agentliyi ardıcıl olaraq 8-ci ildir ki, sığorta sahəsində AXA brendinin gücünü və lider mövqeyini təsdiq edir. Ümumilikdə, AXA Ən Yaxşı Qlobal Brendlər reytinqində 46-cı yerə və maliyyə sektoru üzrə reytinqində 3-cü yerə sahib olmuşdur. Brendin dəyəri 14% artaraq 10 milyard 579 milyon ABŞ dollarına çatmışdır.
Interbrand tərəfindən AXA-nın 2016-cı ildə bir neçə əsas nailiyyətləri xüsusi olaraq vurğulanmışdır. Onların sırasında yeni ərazilərdə inkişafı, texniki laboratoriyalara və startaplara edilən investisiyaları (Silikon vadisində AXA laboratoriyası), aparıcı texniki şirkətlərlə (Facebook və LinkedIn) və universitetlərlə tərəfdaşlığı, eləcə də korporativ və sosial məsuliyyət üzrə müxtəlif təşəbbüsləri qeyd etmək olar.
AXA Qrup (Fransa) – sığorta və aktivlərin idarə edilməsi üzrə dünya lideridir. 160 000 artıq əməkdaş hər gün dünyanın 59 ölkəsində 103 milyon müştəriyə xidmət göstərir. 2015 ildə AXA Qrupunun gəliri 92 milyard Avro təşkil etmişdir.
Qeyd etmək lazımdır ki, AXA beynəlxalq maliyyə qrupu Azərbaycanda AXA MBASK sığorta şirkəti ilə təmsil olunur.
Sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.
Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 100-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.
Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində “İlin sığorta şirkəti” kimi doqquz beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.