Bank Of Baku

"İpək Yolu Sığorta" bu ilin 6 ayını mənfəətlə başa vurub

"İpək Yolu Sığorta" bu ilin 6 ayını mənfəətlə başa vurub
# 12 avqust 2016 08:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “İpək Yolu Sığorta” ASC  2016-cı il iyulun 1-nə olan maliyyə hesabatını açıqlayıb.

 

APA-Economics” xəbər verir ki, şirkətin məcmu aktivləri bu ilin əvvəli ilə müqayisədə 27,1% artaraq 39 mln. 663,983 min manat olub.

 

Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 1 mln. 287,690 min manat, qısamüddətli aktivləri 38 mln. 376,293 min manat təşkil edib.

 

Hesabat dövründə şirkətin öhdəlikləri 86,94% artaraq 15 mln. 704,405 min manat olub. 2016-cı ilin altı ayında şirkətin uzunmüddətli öhdəlikləri 15 mln. 704,405 min manat, qısamüddətli öhdəlikləri olmayıb.

 

Bu ilin iyulun 1-nə şirkətin nizamnamə kapitalı dəyişməyərək 14 mln. 770 min manat olub, məcmu kapitalı isə 5,05% artaraq  23 mln. 959 min 577,99 manat təşkil edib.

 

Hesabat dövründə “İpək Yolu Sığorta”nın cəmi gəlirləri 10 mln. 127 min 553,44 manat, cəmi xərcləri 8 mln. 978 min 029,08 manat olub.

 

Şirkət cari ilin altı ayını 1 mln. 149 min 524,36 manat mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR