Bank Of Baku

"Paşa Sığorta" öhdəliklərini artırıb

"Paşa Sığorta" öhdəliklərini artırıb
# 29 mart 2018 07:32 (UTC +04:00)

"Paşa Sığorta" ASC ötən il aktivlərini artırıb. "APA-Economics" şirkətin yaydığı hesabata əsasən xəbər verir ki, "Paşa Sığorta"nın məcmu aktivləri 2016-ci il ilə müqayisədə 13,33% artaraq 153 mln. 036 min 421,26 manat olub.


Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 28 mln. 567 min 600,30 manat, qısamüddətli aktivləri 124 mln. 468 min 820,97 manat təşkil edib.


İl ərzində şirkətin cəmi öhdəlikləri 30,25% artaraq 86 mln. 883 min 457,72 manat olub. 2017-ci ildə şirkətin uzunmüddətli öhdəlikləri 73 mln. 241 min 821,01 manat, qısamüddətli öhdəlikləri isə 13 mln. 641 min 636,71 manat təşkil edib.

 

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı sabit qalaraq 50 mln. manat, cəmi kapitalı isə 8,9% azalaraq 66 mln. 152 min 963,54 manat təşkil edib.

 

2017-ci ildə "Paşa Sığorta"nın cəmi gəlirləri 111 mln. 697 min 061,93 manat, cəmi xərcləri 95 mln. 202 min 942,64 manat olub.


Şirkət ötən ili 16 mln. 494 min 112,29 manat xalis mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR