Bank Of Baku

"Rəvan Sığorta" ötən ili zərərlə başa vurub

"Rəvan Sığorta" ötən ili zərərlə başa vurub
# 27 mart 2018 15:40 (UTC +04:00)

"Rəvan Sığorta" ASC ötən il aktivlərini azaldıb. "APA-Economics" şirkətin yaydığı hesabata əsasən xəbər verir ki, "Rəvan Sığorta"nın cəmi aktivləri 2016-cı il ilə müqayisədə 12,39% azalaraq 14 mln. 229 min 154,01 manat olub.


Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 6 mln. 260 min 101,91 min manat, qısamüddətli aktivləri 7 mln. 969,052 min manat təşkil edib.

 

İl ərzində şirkətin cəmi öhdəlikləri 35,52% azalaraq 1 mln. 729,931 min manat olub. 2017-ci ildə şirkətin uzunmüddətli öhdəlikləri 1 mln. 663,645 min manat, qısamüddətli öhdəlikləri isə 66,285 min manat təşkil edib.

 

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı sabit qalaraq artaraq 8 mln. 900 min 071,20 manat, cəmi kapitalı isə 7,81% azalaraq 12 mln. 499 min 222,90 manat təşkil edib.

 

2017-ci ildə "Rəvan Sığorta"nın cəmi gəlirləri 2 mln. 135 min 348,85 manat, cəmi xərcləri 3 mln. 176 min 636,11 manat olub.


Şirkət ötən ili 1 mln. 041 min 287,26 manat zərərlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR