Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Synergy Group" ASC ötən ili 75,737 mln. manat həcmində zərərlə başa vurub.
"APA-Economics" xəbər verir ki, beləliklə, şirkətin zərəri il ərzində 13,7% artıb.
Hesabat dövründə ASC-nin əməliyyat zərəri 41,249 mln. manat olub ki, bu göstərici il ərzində 35,9% azalıb.
Ümumilikdə qrupun yığılmış zәrәri 99 mln. 985,759 min manata çatıb.
Qrup aktivlərini 3,4 dəfə artıraraq 406 mln. 222,5 min manata çatdırıb.
Cari ilin yanvarın 1-ə "Synergy Group"un öhdəlikləri 90,2% artaraq 274 mln. 554,767 min manat təşkil edib.
Şirkətlər qrupunun nizamnamə kapitalı dəyişməyərək 15 mln. manat səviyyəsində qalıb.