Bank Of Baku

"Unibank" nizamnamə kapitalını 1,8 dəfə artırır

"Unibank" nizamnamə kapitalını 1,8 dəfə artırır
# 03 avqust 2016 08:37 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Unibank" öz nizamnamə kapitalını 80% artıraraq, 125 mln. 565 min 234,08 manata çatdıracaq.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu haqda "Unibank" ASC-nin səhmdarlarının 2 avqust tarixində keçirilən iclasında qərar verilib.

Səhmdarların qərarı ilə bankın nizamnamə kapitalı əlavə səhmlərin buraxılması yolu ilə artırılacaq. Səhmlərin yerləşdirilməsi üzrə, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olaraq "Unicapital" ASC seçilib. Səhmdarların qərarı ilə səhmlərin yerləşdirilməsi qapalı yerləşdirilmə üsulu ilə, əqdlərin Bakı Fond Birjasında qeydiyyatı vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, hazırda bankın nizamnamə kapitalı 70 mln. 565 min 232 manatdır. Avqustun 2-də səhmdarların qərarı ilə bankın nizamnamə kapitalı 1,8 dəfə artacaq. Bu qərardan sonra "Unibank" ölkənin ən kapitallaşmış maliyyə təsisatlarından birinə çevrilməklə yanaşı, böyük layihələrin reallaşdırılmasını daha da sürətləndirəcək. Hazırda  bankın müştərilərinin sayı 800 mindən artıqdır. Real sektorun kreditləşməsində vacib rol oynayan "Unibank" qoyulan depozitlərin həcminə görə də bazarda böyük paya malik banklardan biridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR