Aprelin 25-də “AtaSığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, iclasda şirkətin 2017-ci maliyyə ili üzrə İdarə Heyətinin, Direktorlar Şurasının, eləcə də 31 dekabr 2017-ci il tarixə bitən il üzrə müstəqil auditorun rəyi ilə təsdiq edilmiş maliyyə hesabatları müzakirə ediləcək.
Ümumi yığıncaqda “AtaSığorta”nın 2017-ci maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi məsələsinə də baxılacaq.