Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin böyük hissəsi dollarda saxlanılır.
“APA-Economics” xəbər verir ki, bu barədə ARDNF-nin bu ilin I rübü ilə bağlı yaydığı hesabatda qeyd olunub.
Fondun investisiya portfeli aprelin 1-nə 37 mlrd. 631,23 mln. dollara bərabər olub. İnvestisiya portfelinin 18 mlrd. 356,7 mln. dolları və ya 48,8%-i ABŞ dollarında, 34,4%- avroda, 4,9%-i İngilis funt sterlinqdə, 0,7%-i Avstraliya dollarında, 1%-i Türkiyə lirəsində, 1,1%-i Rusiya rublunda, 1,2%-i Koreya vonunda, 1,4%-i Çin yuanında, 1,6%-i Yaponiya yenində, 1,5%-i digər valyutalarda, 3,4%-i sə qızıldadır.
Bundan başqa, fondun investisiya portfelinin 41,88%-i Avropa ölkələrinin, 26,65%-i Şimali Amerika, 24,55%-i Asiya-Sakit Okean hövzəsi ölkələrinin, qalanı isə digər ölkələrin payına düşür.