Bank Of Baku

Azərbaycan bankları dövlət vəsaiti hesabına ipoteka kreditləşməsini dayandırıb

Azərbaycan bankları dövlət vəsaiti hesabına ipoteka kreditləşməsini dayandırıb
# 11 iyul 2016 10:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. May ayında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına banklar tərəfindən ipoteka krediti verilməyib.

 

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, may ayında dövlət büdcəsindən AİF-ə 4,2 mln. manat ayrılıb. Bununla da, bu il ərzində dövlət büdcəsindən AİF-ə ayrılan vəsaitin həcmi 18,7 mln. manata çatıb.

 

Bu ilin yanvar-may aylarında AİF 4,2 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

 

Əvvəlki 4 ayda olduğu kimi mayda da fondun istiqrazları yerləşdirilməyib.

 

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin iyunun 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 885,5 manat, orta müddəti 280 ay, orta faiz dərəcəsi 6,7%, aylıq ödəniş isə 296,6 manat təşkil edib.

 

Müqayisə üçün bildirək ki, 2014-cü ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 524 manat, orta müddəti 279 ay, orta faiz dərəcəsi 6,74%, aylıq ödəniş isə 297,3 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR