Bank olmayan kredit təşkilatı (BOKT) “Effektinvest” MMC təsisçilərinin ümumi yığıncağı keçiriləcək.
“APA-Economics” “Vergilər “ qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, yığıncaq mayın 15-də baş tutacaq.
İclasın gündəliyinə təsisçi Ruslan Hüseynovun “Effektinvest” MMC-nin təsisçiliyindən çıxması və nizamnamə kapitalına qoyduğu payının ona verilməsi barədə ərizəsinə baxılması məsələsi daxil edilib.