Bank Of Baku

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının konfransında iştirak edib

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının konfransında iştirak edib
# 28 mart 2018 09:17 (UTC +04:00)

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndə heyəti İtaliyanın Neapol şəhərində Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının (IADI) Avropa Regional Komitəsinin illik toplantısı çərçivəsində “Avropada Rezolusiya və Əmanətlərin Təminatı Sxemləri” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.

 

Əmanətlərin Sığortalanması Fondundan "APA-Economics"ə verilən məlumata görə, IADI prezidenti, İcra Şurasının sədri, Yaponiya Əmanətlərin Sığortalanması Korporasiyasının direktoru Mikuniya Katsunori, Kanada Əmanətlərin Sığortalanması Korporasiyasının Baş İcraçı direktoru Michèle Bourque, İtaliya Əmanətlərin Sığortalanması Fondunun sədri Salvatore Makkarone, Avropa ölkələrinin banklarının ləğvetmə və sağlamlaşdırma strukturlarının nümayəndələrinin qatıldığı tədbirdə banklarda mövcud və ehtimal olunan risklər mövzusu müzakirə edilib.

 

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktor vəzifəsini icra edən Vüqar Abdullayev Türkiyə, Çexiya, Polşa, Qırğızıstan və digər ölkələrin nümayəndələri ilə əməkdaşlığın möhkəmlənməsi, dünya təcrübəsinin tətbiqi barədə müzakirə aparıb və son illərdə Azərbaycanda bütün sahələrdə aparılan dərin iqtisadi islahatlar, o cümlədən əmanətlərin sığortalanması sistemi və ləğv prosesində olan bankların idarə edilməsi və ləğvi barədə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR