Bank Of Baku

Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxslər saxlanılıb

Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxslər saxlanılıb
# 03 avqust 2016 09:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.


Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşa məxsus əl yüklərinin içərisində 600 ədəd həb şəklində “Tramadol” adlı güclü təsir edən maddə aşkar olunub.

Bundan başqa, Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun piyada xəttinə isə Gürcüstana getmək üçün daxil olan Azərbaycan vətəndaşına məxsus siqaret qutusundan bir ədəd bükümdə, 2 qram narkotik vasitə olan - marixuana aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR