Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən idarənin "Sadıxlı" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi Mersedes Benz C-230 markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gömrük baxışı zamanı avtomobilin salonundan, motorxana hissəsində hava filtrinin içərisindən və yük yerindəki çantalardan 5400 qram baytarlıq dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.