Bu il iyunun 3-də saat 14:00-da “PutaNəqliyyat-2” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, yığıncaqda Cəmiyyətin 2017-ci ildə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatı müzakirə olunacaq.
İclasda Müşahidə Şurası və İdarə Heyətinin üzvlərinin səlahiyyətlərinə xitam verilməsi və bununla bağlı müddəaların nizamnamədən çıxarılması, maliyyə-təftiş komissiyasının səlahiyyətlərinə xitam verilməsi və maliyyə-təftiş komissiyası haqqında müddəaların nizamnamədən çıxarılması, təkbaşçı icra orqanı olan direktorun təyin edilməsi məsələsinə də baxılacaq.
O cümlədən, Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi və digər məsələlərdə baxılacaq.