Vergilər Nazirliyi “Prolub” MMC şirkətini dövlət qeydiyyatına alıb.
“APA-Economics” "Vergilər" qəzetinə istinadən verdiyi məlumata görə, şirkətin nizamnamə kapitalı 255 500 manatdır.
Şirkətin qanuni təmsilçisi Kamal Bəhram oğlu Rəhimovdur.
Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, ev 3, məhəllə 534, mənzil 33-dür.
Şirkət fevralın 7-də dövlət qeydiyyatına alınıb.