“BTB Kapital İnvestisiya Şirkəti” ASC yaradılıb.
“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalı 350 min manatdır.
ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov ev 27-də yerləşir.
Şirkətin qanuni təmsilçisi Cəfərov Ruslan Nazim oğludur.
ASC bu ilin 15 fevral tarixində dövlət qeydiyyatına alınıb.