Bakı. Musa Əhmədov – APA-Economics. “İnterStroyPortalPlyus” MMC-nin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.
Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə qərar şirkətin iyulun 21-də keçirdiyi ümumi yığıncağında qəbul edilib.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov, ev 2, dalan 3 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Belarusa məxsus “İnterStroyPortalPlyus” şirkəti tikinti sahəsində fəaliyyət göstərir.