Bank Of Baku

Beynəlxalq Bank SOCAR-a 100 mln. manat ayırıb

Beynəlxalq Bank SOCAR-a 100 mln. manat ayırıb
# 01 iyul 2016 13:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. SOCAR "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən (ABB) ikinci kredit tranşının 100 mln. manatlıq hissəsini cəlb edib.


"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir.

 

Hesabatda qeyd olunub ki, bu məbləğ SOCAR-a iyunun 17-də verilib.
 

Qeyd edək ki, SOCAR ABB-dən ilk tranşı 2015-ci ilin oktyabrında cəlb edib. Həmin vaxtdan indiyədək SOCAR ABB-dən 369 mln. 720 min 425 manatlıq kredit əldə edib.

 

Xatırladaq ki, SOCAR ABB-dən 1 mlrd. 860 mln. manat məbləğində götürəcəyi kreditin 1 mlrd. 260 mln. manatı Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun yenidən qurulması, 600 mln. manatı isə "Bulla", "Günəşli" yataqlarında neft-qaz quyularının qazılması üçün istifadə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR