Bank Of Baku

Bu il Naxçıvanda 524 mln. manatlıq ÜDM istehsal edilib

Bu il Naxçıvanda 524 mln. manatlıq ÜDM istehsal edilib
# 19 aprel 2018 08:22 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 524 mln. 186 min manatdan artıq olub ki, bu da bir il öncəki müvafiq göstəricidən çoxdur.

 

APA-Economics”in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9% artaraq 1156 manatı ötüb.

 

Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5%-lik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 54,1% təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-mart aylarında sənaye məhsulu 1,5%, əsas kapitala yönəldilən vəsaitlər 2,7%, kənd təsərrüfatı məhsulu 3%, nəqliyyat sektorunda yük daşınması 1,8%, informasiya və rabitə xidmətləri 1,6%, o cümlədən mobil rabitə xidməti 1,9% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR