Bank Of Baku

Bu il Naxçıvanda sahibkarlara 7 mln. manatdan çox kredit verilib

Bu il Naxçıvanda sahibkarlara 7 mln. manatdan çox kredit verilib
# 19 aprel 2018 08:59 (UTC +04:00)

Bu ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasında sahibkarlara 7 mln. 442 min 700 manat kreditlər verilib.

 

APA-Economics”in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu kreditlərdən 5 mln. 566 min 300 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 1 mln. 876 min 400 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub.  Bu dövrdə 2 hüquqi və 528 fiziki şəxs qeydiyyata alınıb.

 

"Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 376 növdə məhsul istehsal olunur. Bu məhsulların 126 növü ərzaq, 250 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib", - deyə məlumatda vurğulanıb.

 

Bu il aprelin 1-nə Naxçıvan Muxtar Respublikasının banklarında açılmış bank hesablarının sayı 67 622-yə çatıb. Bunun da 58733-ü və ya 86,9%-i aktiv hesablardır. 2018-ci ilin ilk rübündə açılmış 3 269 bank hesabının 3 222-si aktiv hesablar olub. Bu ilin aprelin 1-nə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 265-ə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR