Bank Of Baku

Bu ilin 2 ayında sahibkarlar 65 mln. manatdan çox sadələşdirilmiş vergi ödəyib

Bu ilin 2 ayında sahibkarlar 65 mln. manatdan çox sadələşdirilmiş vergi ödəyib
# 17 aprel 2018 14:21 (UTC +04:00)

2018-ci ilin yanvar-fevral aylarında fiziki şəxslər 142,5 mln. manat gəlir vergisi verib.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə sadələşdirilmiş vergi üzrə 65,4 mln. manat toplanıb.

 

Bundan başqa, bu ilin iki ayı ərzində hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 358,1 mln. manat, torpaq vergisi 6,1 mln. manat, əmlak vergisi 23,7 mln. manat, əlavə dəyər vergisi 544,3 mln. manat aksiz 63,7, yol vergisi 18,2 mln. manat, mədən vergisi 15,7 mln. manat, xarici iqtisadi fəaliyyətlə bağlı vergilər 152,9 mln. manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR