Bank Of Baku

DGK bəzi KİV-də komitənin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

DGK bəzi KİV-də komitənin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib
# 17 aprel 2018 15:39 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi (DGK) bu gün bəzi elektron kütləvi informasiya vasitələrində Komitənin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə bildirilib ki, bu gün bəzi elektron kütləvi informasiya vasitələrində DGK-nin ləğv edilməsi ilə bağlı fərziyyələrə əsaslanan məlumatlar yayılıb.

 

Komitədən bildirilib ki, cari il yanvarın 19-da "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev bununla bağlı media nümayəndələri tərəfindən ünvanlanan suala ətraflı cavab verib: "Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR