Bank Of Baku

DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar bir ildə 30%-dən çox artıb

DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar bir ildə 30%-dən çox artıb
# 16 avqust 2016 15:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 182 mln. 169,91 min manat daxil olub.

 

"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 242 mln. 509,23 min manat və ya 30,35% artıb.

 

Yanvar-iyul ayları ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 317 mln. 162,17 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 771 mln. 247,22 min manat, aksizlər üzrə 58 mln. 773,96 min manat, yol vergisi üzrə isə 34 mln. 986,56 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR