Bank Of Baku

Dövlət Gömrük Komitəsinin sədri Sabirabadda vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri Sabirabadda vətəndaşları qəbul edib
# 30 mart 2018 10:36 (UTC +04:00)

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Sabirabad şəhərində vətəndaşları qəbul edib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, DGK sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

 

Qəbulda bölgədə yerləşən - Sabirabad, Şirvan, Saatlı, İmişli və Beyləqan rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

 

Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR